Suriyadan gətirilən 16 Azərbaycan vətəndaşına sosial reabilitasiya xidmətlərinin göstərilməsinə başlanılıb. Bu barədə noyabrın 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
İlkin olaraq repatriasiya olunmuş hər bir şəxsin sosial-psixoloji qiymətləndirməsi həyata keçirilir.
Sosial adaptasiya prosesinin aparılması və müəssisədə olduqları müddətdə asudə vaxtlarının səmərəli təşkili məqsədilə onlar müxtəlif fəaliyyətlərə cəlb edilirlər.
Qeyd edək ki, noyabrın 24-də Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 16 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib. Onlardan 13 nəfəri uşaq və 3 nəfəri qadındır.
Bu günədək İraq və Suriyadan 380-i uşaq, 29-u qadın olmaqla ümumilikdə 409 nəfər vətəndaşımızın Azərbaycana repatriasiyası həyata keçirilib.