Şuşa şəhərində qar yağmaqda davam edir. Bu barədə 9 yanvar tarixində Report məlumat verib.
Hazırda şəhər ərazisində qar örtüyünün hündürlüyü təxminən 13-15 santimetrə çatıb.
Yollarda nəqliyyatın hərəkətində məhdudiyyət yoxdur. Qarın təmizlənməsi işləri aparılır, küçələrə qum və duz səpilir, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə tədbirlər görülür.
Qeyd edək ki, yanvarın 7-si gecə saatlarından başlayaraq Şuşa şəhərinə qar yağır.
[gallery link="file" size="full" ids="100779,100777,100778"]