Şuşada yol qəzası baş verib. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 2 dekabr tarixində məlumat verib.
Dekabrın 1-i saat 10:00 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində Biləsuvar rayon sakini Nadir Kazımovun idarə etdiyi, yükü yanacaq olan “Mercedes” markalı avtomobil aşıb və nəticədə sürücü hadisə yerində ölüb.
Dağılan yanacaq yoldan təmizlənib.
Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır.