Şuşa şəhərində qarın yağması ilə əlaqədar yollarda yaranan çətinliklər aradan qaldırılıb. Bu barədə Report 9 yanvar tarixində məlumat verib.
Şəhərin küçələrinin avtomobil yollarında nəqliyyat vasitələrinin normal hərəkəti üçün tədbirlər görülüb.
Aidiyyəti qurumlar tərəfindən yollara qum və duz səpilib, xüsusi texnikalar vasitəsilə yollar qardan təmizlənib.
Avtomobil yollarında nəqliyyat vasitələrinin normal hərəkəti tam bərpa olunub.
Qar səbəbindən elektrik və su təchizatında heç bir problem yaşanmayıb.
Yanvarın 7-si gecə saatlarından başlayaraq Şuşa şəhərinə qar yağır. Hazırda şəhər ərazisində qar örtüyünün hündürlüyü təxminən 14-16 sm-ə çatıb.
[caption id="attachment_100846" align="alignnone" width="640"]
Foto Report.az saytı[/caption]