Bakıda təcridxanaya mobil telefonun keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə martın 26-da APA xəbər verib.
Ağdam rayon sakininin gətirdiyi sovqatda yoxlama nəticəsində plastmas antiperspirant qabının içərisində gizlədilmiş “Samsung” markalı mobil telefon və danışıq kartı aşkarlanıb. O, sözügedən bağlamanı 18 il müddətinə həbs edilmiş tanışı üçün gətirmişdir.
Məhkum 2018-ci ildə Bakının Nizami rayonunda avtomobil yuyulması üstündə 52 yaşlı şəxsi döyüb, daha sonra isə 7 bıçaq zərbəsi endirərək onu öldürüb.
Faktla bağlı araşdırma davam edir.