Bakıda qadın taksi sürücüsünü özünə xəsarət yetirəcəyi ilə şantaj edib. Bu barədə noyabrın 21-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Bakı şəhər sakini E.Cəfərzadənin taksi kimi idarə etdiyi “KİA” markalı avtomobilinə qadın minib. O, övladının xəstə və pula ehtiyacı olmasını deyib və özünə xəsarət yetirərək sürücünün üzərinə atacağı ilə hədələyib və 1 450 manat pulunu alıb.
Hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Şərur rayon sakini, əvvəllər də xuliqanlığa görə məhkum olunmuş Tünzalə Şəfiyeva müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.