Tərtərdə bıçaqlanma hadisəsi olub. Bu barədə Oxu.az 7 yanvar tarixində məlumat verib.
Yanvarın 5-də rayon ərazisində rayon sakini olan 16 yaşlı R.H. həmyerlisi H.D.-ni bıçaqlayıb.
Məlumata görə, H.D. R.H.-nin anasının sevgilisi olub. Onun qısqanclıq səbəbi ilə hadisəni törətdiyi bildirilir.
Həmyerlisini bıçaqlayan R.H. Tərtər rayonundakı orta məktəblərin birinin 10-cu sinfində təhsil alır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, faktla bağlı Tərtər Rayon Polis Şöbəsində istintaq aparılır.