İmişli rayonunda avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücülər saxlanılıblar. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 1 dekabr tarixində xəbər verir.
Cəbrayıl rayon sakini Nicat Məmmədov, İmişli rayon sakinləri Ravi Qarayev və Kənan Məhəmmədov idarə etdikləri “VAZ” və "Hyundai" markalı avtomobillərlə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və həmin avtoxuliqanlıq hərəkətlərini "Tik Tok" sosial şəbəkəsində paylaşıblar.
Həmin şəxslər müəyyən edilərək saxlanılıb və barələrində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün İmişli rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə N.Məmmədov və R.Qarayev 500 manat məbləğində cərimə edilməklə 1 il müddətinə sürücülük hüququndan məhrum ediliblər, K.Məhəmmədov isə 15 sutka inzibati qaydada həbs edilib və 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.
[caption id="attachment_96376" align="alignnone" width="640"]
Foto DİN[/caption]