Tovuzda narkotik vasitələrin satışının qarşısı növbəti dəfə alınıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 7 yanvar tarixində xəbər verir.
Tovuz polisi narkotik vasitə saxlamaqda və satmaqda şübhəli bilinən Şəmkir rayon sakinləri: E.Mustafaoğlu, Ə.Nəbiyev və İ.Hüseynovu saxlayıblar.
Ə.Nəbiyevdən 1 kiloqram 585 qram marixuana, İ.Hüseynovdan 1 kiloqram 320 qram heroin və 49 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.