Tovuzda avtomobil piyadanı vurub. Bu barədə 11 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Hadisə Noyabrın 10-da saat 6 radələrində Tovuz rayonunun Bozalqanlı kəndi ərazisində baş verib.
Belə ki, rayon sakini F.Əliyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Xatınlı kənd sakini Vəli Hüseynovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.