Tovuz rayonunda 37 yaşlı qadın keçmiş həyat yoldaşı tərəfindən qətlə yetirilib. Bu barədə noyabrın 15-də Report xəbər yayıb.
Hadisə Öysüzlü kəndində qeydə alınıb. Mərhum ayrılandan sonra ata evlərinə yaxın olan babası evində yaşayırmış.
Axşam saatlarında onun keçmiş əri ora gəlib və aralarında mübahisə yaşanıb. Bu zaman Xaliq Rüstəmov üzərində olan bıçaqla qadına bir neçə zərbə vurub və boğazını kəsib.
Həmin şəxs saxlanılıb və prokurorluğa təqdim edilib.