Tovuzda oğul valideynlərinin evindən oğurluq edib. Bu barədə 19 dekabr tarixində APA məlumat verib.
Belə ki, dekabrın 16-da Tovuz şəhərindəki evlərin birindən 13 500 manat pul və 400 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Oğurluq əməlində şübhəli bilinən ev sahibinin oğlu müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.