Tovuzda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verilib. Bu barədə Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Noyabr ayının 11-də 15 yaşlı qızın qaçırılması barədə Tovuz rayon Polis Şöbəsinə müraciət daxil olub. Müəyyən edilib ki, Şəmkir rayonunun Kür qəsəbə sakini, 2007-ci il təvəllüdlü A.Qasımova (ad soyad şərtidir) Tovuz rayon sakini, 1994-cü il təvəllüdlü E.Mehdiyevlə görüşüb, könüllü şəkildə qaçıblar.
Polis əməkdaşları onların yerini müəyyən edərək gənc qızı valideynlərinə təhvil veriblər.
Faktla bağlı araşdırmalar davam edir.