Vətən müharibəsindən sonra müalicə üçün Türkiyəyə göndərilən qazi Elşən Xanəliyev Vətənə qayıdıb. Bu barədə 10 noyabr tarixində Report məlumat verib.
Elşən Xanəliyevin Cəlilabad rayonunun Şəhidlər xiyabanının önündə qarşılanma mərasimi keçirilib.
Qeyd olunub ki, E.Xanəliyev Vətən müharibəsi zamanı, 2020-ci ilin oktyabr ayının əvvəllərində Cəbrayıl istiqamətində yaralanıb. O, 2021-ci ilin fevral ayında müalicə üçün Türkiyəyə göndərilib.
E.Xanəliyev Vətən müharibəsində göstərdiyi şücaətlərə görə "Xocavəndin azad olunmasına görə ", "Cəbrayılın azad olunmasına görə ", "Füzulinin azad olunmasına görə ", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.