Türkiyədən Azərbaycana 43 min ağac tingi və 150 kq toxum göndərilib. Bu barədə 14 dekabr tarixində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Twitter hesabında bildirib.
Onun sözlərinə görə, Cəbrayıl rayonunda Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin dəstəyi ilə qurulacaq “Meşə Təlim Mərkəzi və Dostluq Meşəsi” üçün Türkiyədən Azərbaycana 43 min ağac tingi və 150 kq toxum gətirilib.
“Gələcəyə nəfəs oluruq, qardaşlığımıza güc qatırıq”, - səfir vurğulayıb.