Ucarda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb. Bu barədə İnsanoid Apa-ya istinadən bu gün, 12 yanvar tarixində xəbər verir.
Hadisə rayonun Azərbaycan küçəsində baş verib. "VAZ-21013" və "Seat" markalı minik maşınları toqquşub. Qəza nəticəsində 46 yaşlı Ramil Babayev, 78 yaşlı Ceyran İsmayılova, 45 yaşlı Bəxtiyar Mirzəyev və 9 yaşlı Yusif Həmidzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar rayon xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
[gallery link="file" size="full" ids="101146,101147,101148"]