20 yaşlı azərbaycanlı tələbənin Ukraynada rus əsgərləri tərəfindən girov götürüldüyü iddia olunur. Bu haqda martın 19-da Report-a oğlanın atası Amin Abdullayev məlumat verib.
Onun sözlərinə görə, Mariupol Dövlət Universitetinin 3-cü kursunda oxuyan Hüseyn sığınacaqdan çıxaraq şəhəri tərk etmək istəyib, lakin maskalı hərbçilər tərəfindən saxlanılıb.
“Oğlumun telefonuna cavab verənlər Qafqaz ləhcəsində, amma rus dilində danışırdılar. Onu girov götürmüş şəxslər yaxın saatlarda şərtlərini açıqlayacaqlar", - deyə oğlanın atası söyləyib.