Bu gün, martın 30-da Ukraynada gedən hərbi əməliyyatlar zamanı azərbaycanlı zabit ağır yaralanıb.
Report-dan verilən məlumata görə, əslən Azərbaycanın Göyçay rayonundan olan Əlixan Ağayev Donetsk vilayəti istiqamətində gedən döyüşlərdə yaralanıb. O, Ukrayna ordusunun xüsusi təyinatlı qüvvələrinə məxsus hissələrdən birinin baş leytenantıdır.
Ə.Ağayev hazırda Ukraynanın arxa cəbhədə hospitallarından birinə yerləşdirilib, vəziyyəti normaldır.