Ukraynada gedən müharibədə daha 3 azərbaycanlı həlak olub. Bu barədə 16 noyabr tarixində Report məlumat verib.
Ukrayna Milli Qvardiyasının azərbaycanlı polkovnik-leytenantı Rüstəmov Samir Atəşli oğlu ölkənin şərq istiqamətində döyüşlərdə həlak olub.
Bundan başqa, Ukraynanın Xerson vilayətinin hələ ki işğal altında olan kəndlərinin birində əslən Azərbaycanın Zərdab rayonundan olan 2 gənc qardaş faciəli şəkildə həlak olub. Ölən gənclərin yaxınları ərazinin hələlik Rusiyanın işğalı altında olduğu üçün onların adlarının çəkilməsini istəməyiblər.