Ukraynada iki azərbaycanlı qız itkin düşüb. Bu barədə 2 yanvar tarixində Report məlumat verib.
Ukraynanın Xerson şəhərində, Dnepr çayının sol sahil hissəsində yaşayan azərbaycanlı gənc qızlar 1 həftədir itkin düşüblər. Şəhərin Rusiyanın işğalı altında olan sol sahil hissəsində yaşayan 22 yaşlı Mənsimova Ofeliya Qurban qızı və 20 yaşlı Məmmədova Amaliya Boran qızı ilə bütün əlaqə kəsilib.
Qızlarının yaxınlarının verdikləri məlumata görə, işğal zonasındakı Rusiya hərbçilərinin komendanturası onların axtarışında maraqlı deyil.