Bu gün, martın 30-da Ukraynada gedən döyüşlər zamanı daha iki azərbaycanlı həlak olub. Bu barədə Report məlumat yayıb.
50 yaşlı Rauf Məmmədov və 35 yaşlı Ruslan Əhmədov Çerniqov vilayətinin Nosovka şəhərində həlak olub.
Onlar mülki vətəndaş olublar. Məlumata görə, azərbaycanlılarla yanaşı, şəhərdə xeyli ukraynalı da həlak olub.
Xatırladaq ki, martın 12-də Donetsk vilayətində bir azərbaycanlı həlak olub, digəri isə ağır yaralanıb.