Azərbaycanda ünvanlı sosial yardımın məbləği 36% artır. Bu barədə 7 yanvar tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
2023-cü il üçün ehtiyac meyarının həddi ötən ilə nisbətən 23% artırılmaqla 246 manat müəyyən olunub ki, bu artımla ünvanlı yardımların da məbləği artacaq. Ailənin orta aylıq gəliri ailənin üzvlərinin hər biri üzrə ehtiyac meyarının cəmindən aşağı olduqda, ailəyə arada yaranan fərq qədər yardım təyin olunur. Beləliklə, ehtiyac meyarının artması aztəminatlı ailələrə təyin olunan ünvanlı yardımın da artmasına səbəb olur.
Ümumilikdə ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq məbləğinin 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə bu il 36% artaraq təxminən 535 manat olacağı gözlənilir.