Rusiyanın “Utair” aviaşirkəti noyabr ayından Samara-Bakı istiqamətində əlavə reys açır və bu aviareys hər çərşənbə axşamı yerinə yetiriləcək. Bu barədə 22 noyabr tarixində Report məlumat verib.
Cümə axşamı və bazar günləri də uçuşlar qrafikə uyğun olaraq qalır.
Samaradan Bakıya gediş saat 13:40-da, dönüş isə - saat 17:05-də həyata keçiriləcək. Uçuş müddəti 2 saat 20 dəqiqə təşkil edir.
Qeyd olunub ki, aviaşirkət Moskva-Bakı, Qroznı-Bakı, Samara-Bakı, Ufa-Bakı, Sankt-Peterburq-Bakı, Tümen-Bakı, Surqut-Bakı, Moskva-Gəncə, Moksva-Naxçıvan istiqamətlərində reyslər təşkil edir.