Polşadan Azərbaycana birbaşa reyslər təşkil olunacaq. Bu haqda məlumat martın 21-də “LOT” aviaşirkətinin Twitter hesabında paylaşılıb.
İlk uçuş mayın 27-də həyata keçiriləcək. Reyslər həftədə dörd dəfə: çərşənbə axşamı, çərşənbə, cümə və şənbə günləri baş tutacaq.
Qeyd edilib ki, aviaşirkətin saytında Varşava-Bakı arasında uçuşlar üçün biletlərin satışına artıq start verilib.