Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymur Talıbovun Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsindən azad edildiyi bildirilir. Bu barədə İnsanoid Axar.az-a istinadən bu gün, 30 noyabr tarixində xəbər verir.
Məlumata görə, Naxçıvan Dövlət Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru vəzifəsində çalışan Seymur Talıbov özünü həmin təhsil ocağının rektoru kimi aparıb.
İddialara görə, əlavə təhsilə qəbul, qabiliyyət imtahanları zamanı alınan rüşvət birbaşa universitetdə bütün məsələlərə şəxsən nəzarət edən Talıbova çatdırılıb.
Güman edilir ki, Vasif Talıbov universitetdə aparılacaq yoxlamalar zamanı oğlunu kənarda saxlamaq məqsədilə belə bir qərar qəbul edib.
Seymur Talıbov 2015-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.