Bu gün Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşı, Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Məhərrəm Talıbov vəzifədən azad edilib.
Bu barədə 29 dekabr tarixində Report məlumat verib.
Məlumata əsasən, M.Talıbov öz arzusu ilə tutduğu vəzifədən azad edilərək Sərəncama götürülüb.
Məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a təsdiqləyib.