Vasif Talıbovun qardaşı barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. Bu barədə Apa 30 noyabr tarixində məlumat verib.
Hüquq mühafizə orqanlarından bildirilən məlumata görə, Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı, Naxçıvan MR prokurorunun müavini Məhərrəm Talıbovun saxlanılması barədə xəbərlər əsassızdır.
Bəzi media orqanları tərəfindən M.Talıbovun saxlanılması barədə məlumatlar yayılıb.