Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya həsr olunan “Xarıbülbül əfsanəsi” sənədli filmi nümayiş etdiriləcək. Bu barədə Report 11 yanvar tarixində məlumat verib.
Paytaxt Vaşinqtonda baş tutacaq təqdimat mərasimi Azərbaycanın ABŞ-dəki səfirliyi tərəfindən təşkil olunub.
Təqdimat mərasimində filmin yaradıcı heyəti ilə yanaşı, isveçli fotoqraf, operator və rejissor Mikael Silkeberq də iştirak edəcək.
Azərbaycan ədəbiyyatı, musiqisi, muğam sənəti və əsrarəngiz təbiəti ilə bağlı düşüncələrin yer aldığı film Şuşada çəkilib. Filmdə Şuşanın tarixi və ədəbi mühiti barədə bir sıra tanınmış mədəniyyət və incəsənət xadimlərindən müsahibələr alınıb.