“Bölgədə gərginliyin artmasının birbaşa səbəbi Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir”. Bunu martın 29-da Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Təhlükəsizlik Şurasının bəyanatına cavab olaraq bildirib.
“Əgər Ermənistan Təhlükəsizlik Şurasının üzvləri beynəlxalq çəkindirmə vasitəsinin nə olduğunu hələ də bilmirlərsə, biz beynəlxalq hüququn fundamental prinsiplərini, o cümlədən, dövlətlərin suverenliyi və beynəlxalq sərhədlərinə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq, beynəlxalq öhdəliklərinə riayət etmək kimi prinsipləri bir daha onlar üçün təkrar edirik”, - deyə əlavə olunub.
Nazirlikdən növbəti dəfə qeyd olunub ki, Azərbayan sülh sazişini imzalamağa hazırdır: “İlk olaraq Azərbaycan bir il bundan qabaq bu təklifi irəli sürüb, bir ay öncə isə konkret prinsipləri də səsləndirib”.
Qeyd edək ki, Qazaxıstanın Almatı şəhərində keçirilən MDB PA Şurasının iclasında Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanın atəşkəs rejimini pozması haqqında iddialar irəli sürüb.