Martın 9-11-də Azərbaycan paytaxtında X Qlobal Bakı Forumu keçiriləcək. Bu barədə 11 yanvar tarixində Report məlumat verib.
Forumun mövzusu “Dünya bu gün: çağırışlar və ümidlər” olacaq.
Qlobal Bakı Forumu Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilir. Forumlarda dünya gündəminin aktual mövzuları, qlobal problemlər müzakirə olunur.