Abşeron rayonunun Xırdalan şəhərində "BMW" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Bu barədə 23 mart tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub və yanğın söndürülüb.