İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Azərbaycanda yerli istehsala dəstək tədbirləri çərçivəsində "Şahdağ Süd və Ət" MMC-yə Xaçmazda kəsim məntəqəsinin yaradılması üçün 650 min manat güzəştli kredit ayırıb.
Bu barədə 25 noyabr tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “Twitter” hesabında bildirib.
Onun sözlərinə görə, layihənin icrası 30-dan çox yeni iş yerinin yaradılmasına imkan verəcək.
Sahibkarlığın İnkişafı Fondu (@sahibkarliq) tərəfindən Şahdağ Süd və Ət MMC-yə kəsim məntəqəsinin yaradılması layihəsi üzrə 650 min ₼ #güzəştlikredit ayrılıb. Xaçmazda icra olunacaq layihə 30-dan çox yeni iş yerinin yaradılmasına imkan verəcək.#EconomyAz #SİF pic.twitter.com/V1uKhZ9A48
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 25, 2022