Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası otuz bir gündür davam edir. Bu barədə 11 yanvar tarixində Report məlumat verib.
Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.
Hazırda havanın qarlı və şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Qeyd edək ki, Şuşa şəhərinə yanvarın 7-si gecə saatlarından qar yağmağa başlayıb.
Xatırladaq ki, aksiya dekabrın 12-dən başlayıb.