Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on altı gündür davam edir. Bu barədə 27 dekabr tarixində Report məlumat verib.
Aksiya iştirakçıları isti yer, isti çay və qidalarla təmin olunurlar.
Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Qeyd edək ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.