Xarici işlər naziri Ceyhun Bayramov Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb. Bu barədə noyabrın 18-də qurumdan məlumat verilib.
Görüşdə ikitərəfli humanitar və mədəniyyət məsələləri, bölgədə etimad quruculuğu tədbirləri müzakirə edilib. Nazir post-münaqişə dövründə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə məlumat verib.
Qonşu ölkənin rəsmisi sülh və əminamanlığın təmin edilməsi istiqamətində ölkəmizin səylərinin əhəmiyyətli olduğunu vurğulayıb.