Xəzər dənizinin Azərbaycana aid hissəsində zəlzələ qeydə alınıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən İnsanoid 7 yanvar tarixində xəbər verir.
Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 02:31-də 3,2 maqnitudada qeydə alınıb.
Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.