Xırdalandan Bakı şəhəri istiqamətində xüsusi avtobus zolağı çəkilə bilər. Bu barədə 6 dekabr tarixində Report Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibinə istinadən məlumat verib.
O qeyd edib ki, paytaxtda xüsusi avtobus zolaqları əvvəl 10 küçədə idisə, sonradan belə küçələrin sayı 17-yə çatdırılıb:
"Eyni zamanda 49 küçə ilə bağlı belə zolağın çəkilməsi nəzərdə tutulub. Bu yolda tıxaclar qabarıq hiss olunur. Biz bununla bağlı təklif vermişik və digər müvafiq qurumların rəyindən sonra həmin ərazidə xüsusi zolağın çəkilməsi ilə bağlı qərar qəbul olunacaq”.