Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. Bu barədə noyabrın 16-da FHN məlumat yayıb.
Hadisə AAAF Park Yaşayış Kompleksində qeydə alınıb. İlkin ehtimala görə, hadisəyə səbəb binanın 2-ci mərtəbəsindəki mənzildə məişət qazının sızması olub.
Nəticədə 3 nəfər xəsarət alıb, həyətdə park edilmiş 2 avtomobilə isə ziyan dəyib.
Qeyd edək ki, sentyabrın 1-də həmin kompleksdə anoloji insident yaşanmışdır. Elektrik lövhəsində əvvəlcə tüstülənmə, daha sonra isə partlayışla müşahidə edilən yanğın başlamışdır.