Xızıda baş vermiş yol qəzası ölümlə nəticələnib. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 26 dekabr tarixində xəbər verir.
Dekabrın 25-də saat 08:00 radələrində Xızı rayonunun Məşədihəsən kəndi ərazisində Quba rayon sakini Ş.Qafarov idarə etdiyi “Ford Transit” markalı avtomobili beton maneəyə vurub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
Xızı Rayon Polis Şöbəsində araşdırma aparılır.