Bu ilin 9 ayı ərzində Azərbaycanda 1 259 yol qəzası olub, 599 nəfər ölüb. Bu barədə 14 noyabr tarixində Dövlət Statistika Komitəsi məlumat verib.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə yol qəzalarının sayı 7,5% çoxdur. Hadisələrin 47,1%-i gündüz, 38,6%-i gecə, 14,3%-i isə toran vaxtı baş verib.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 77,5%-ini, yaralananların isə 71,3%-ini kişilər təşkil edib.
Sərxoş vəziyyətdə olan şəxslərin iştirakı ilə 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər həlak olub, 7 nəfər yaralanıb. Həmin hadisələrin 4-ü minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.