Yevlax-Bərdə yolunun 9-cu kilometrliyində 5 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda martın 30-da Fövqəladə Hallar Nazirliyi xəbər verib.
Yevlax şəhərinin Malbinəsi kəndində "Mercedes" markalı minik avtomobili “Ford” markalı yük avtomobili ilə toqquşub. Nəticədə 5 nəfər xəsarət alıb. "Mercedes"in sürücüsü deformasiyaya uğrayan avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma başlanılıb.