Yevlaxda həkim qətlə yetirilib. Bu barədə 11 yanvar tarixində APA məlumat verib.
Yevlax Rayon Mərkəzi Xəstəxasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarov bıçaqlanıb.
O, xəstəxanaya aparılarkən yolda ölüb.
Daxili İşlər Nazirliyi Yevlaxda həkimin öldürülməsi faktını təsdiqləyib.
Faktla bağlı araşdırma aparılır.