Yevlaxda yanğın hadisəsi baş verib. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 30 noyabr tarixində xəbər verir.
Kövər kəndində ümumi sahəsi 156 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və mətbəxinin 60 kv.m sahədə yanar konstruksiyaları və dam örtüyü yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.
Evin qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.