Yevlaxda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxslər tutulub. Bu barədə martın 22-də APA məlumat yayıb.
Belə ki, keçirilən əməliyyatlar zamanı polis tərəfindən üç rayon sakini saxlanılıb. Onların evlərindən 102 qramdan artıq heroin, 200 qram marixuana və 28 qram metamfetamin aşkar edilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Adıçəkilənlər məhkəmənin qərarı ilə həbs ediliblər.
2021-ci ildə ölkədə 31 mindən çox cinayət hadisəsi qeydə alınıb. Onlardan 8 571-i narkotiklərin və psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar olub. Bu, 2020-ci ilin göstəricisindən 1,6 dəfə çoxdur.