Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə noyabrın 19-da Report xəbər yayıb.
Belə ki, yük maşını ilə minik avtomobili toqquşub. Nəticədə bir nəfər dünyasını dəyişib, iki nəfər isə xəsarət alıb.
Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırmalar aparılır.