Zərdabda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə Report məlumat yayıb.
Hadisə rayonun Gödəkqobu kəndində qeydə alınıb. 1967-ci il təvəllüdlü piyada yolu keçərkən avtomobil onu vurub. Yaralı Bakıda yerləşən xəstəxanalardan birinə çatdırılıb. Ona bədənin müştərək travması və kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.