top
Zəfər olmasaydı...
08 noyabr 2024, 06:01
- ↺ +

Zəfər olmasaydı...

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2020-ci ildən bu yana ilk dəfədir ki, məni belə bir sual düşündürür: torpaqlarımız işğaldan azad edilməsəydi, indi necə yaşayardıq? Səhərlərimizi hansı xəbərlərlə açardıq, gələcəkdən gözləntilərimiz nə olardı? Zəfər Günü olmasaydı nə ilə qürurlanardıq? Bizi həyatda yaşamağa nə həvəsləndirərdi?

Doğma yurdumu bomba yağışı altında tərk edəndə 14 yaşım var idi. Bu yaşımın son 4 ilini sanki qan çanağında keçirmişdim. İlk şəhidlərimiz – Əli ilə Bəxtiyarın öldürüldüyü gün indiki kimi yadımdadır. Xankəndiyə doğru həmin insan seli gözlərimizin önündən keçmişdi. Meşəlidə, Quşçularda qətlə yetirilən soydaşlarımızın yandırılmış, təhqir edilmiş meyitlərinə baxmaq üçün məktəbimizə bitişik olan Mərkəzi Xəstəxananın morquna getdiyimizi unutmamışam. Uşaqlıq ki, uşaqlıq – qorxu-hürkü yox idi. O tərəflərdən yaralı və cənazə dolu helikopterlər gəlib hər dəfə xəstəxananın həyətinə enəndə dərsimiz yarımçıq qalırdı, - müəllimə, direktora fikir verən kim idi? Bütün məktəb aşağı axışıb bu faciəli mənzərəyə tamaşa edirdi. Bu mənzərə əslində bizim gələcəyimiz idi. Anlamırdıq...

Bir gün Şuşadan, Canhəsən, Kosalar və Kərkicahandan olan qohumlarımız – babamın bacıları, onların övladları və nəvələri bizə gəldilər. Ermənilər qovmuşdu. Kişilər yenidən yurdlarına döndülər, qadınlar və uşaqlar isə bizimlə qaldılar. Süfrə arxasında oturanda birdən-birə 30-40 nəfər olurduq. Biz uşaq idik, anlamırdıq, tez yeməyimizi yeyib oynamağa qaçırdıq, ancaq böyüklərin gözlərindən bir təlaş, pərişanlıq yağırdı. Təqribən bir il sonra Xocalı qətliamı oldu. Dərsdə müəllimlər bir-birilərilə pıçıldaşır, indinin dəbi ilə desək, guya ki, uşaqların psixikasını zədələmək istəmirdilər, biz isə hər şeydən məlumatlı idik. Səhər tezdən Xocalıdan olan nənə-babalarımızı, donmuş və qorxmuş həmyaşıdlarımızı erməni əsirliyindən xilas edib yük maşınlarında şəhərə gətirirdilər. Belə yük maşınlarından birinin göyərtəsində mən və ailəm şəhərimizdən məcburən köçkün düşəcəkdik...

Uzaqdan gələn mərmi səsləri, artileriya qurğularının atəşindən yaranan titrəyişlərə adətkar olmuşduq. Hər şey adi idi. Ancaq belə bombardmanlardan birində hər gün futbol oynadığımız, gülərüz və zarafatcıl həmyaşıdımız Vahid – “Madı” rəhmətə getdi. Sonra döyüşlərdə Ceyhun şəhid oldu. Ardınca Elbrus. Piyadanın Döyüş Maşınını sürürdü, şəhərdə çox təhlükəli idarə etdiyindən anası komandirindən xahiş etmişdi ki, zirehli maşını bir də Elbrusa həvalə etməsin. Rəhmətlik piyada kimi ilk döyüşündəcə şəhid oldu...

Martın 1-də şəhər intensiv şəkildə “Qrad” atəşinə tutuldu. Üçüncü mərtəbədəki mənzilimizdən Bakıya gedən yola baxanda, saysız-hesabsız maşın karvanı gördüm. Hamısı bir istiqamətə şütüyürdü. Əhali şəhəri təlaş içində tərk edirdi. Birdən qapımız taybatay açıldı, qonşumuz Rizvan əmi qışqıra-qışqıra içəri girdi:

-Tez yığışın, çıxırıq!

-Atam gəlmədən hara gedə bilərik? Biz getmirik!

-Atan gələcək!”...

Atam həqiqətən gəldi. Ancaq qaranəfəs şəkildə şəhərin o başından bu başına piyada necə və neçə dəqiqəyə gəlmişdi, bu suala indi də cavab tapa bilmirəm. Sağlığında özü də deyə bilmirdi...

Rizvan əminin “RAF”ına həmin gecə neçə qonşu yığışa bildik - unutmuşam. Tək bu yadımdadır: binamızdan təqribən 200 metr aralaşmışdıq ki, anam “Göyərçinlər qaldı! Mən gedim onları açım, acından ölməsinlər” dedi. İndi anlayıram ki, bu sözləri şoka halında deyirdi. Hamı susmuşdu. Hamı qorxu içində ölümdən qaçmaq istəyirdi, ancaq heç kim də etiraz etmirdi. Atamla anam düşüb, geriyə qaçıb, saxladığımız dünyanın bəlkə də ən gözəl göyərçinlərinin yuvasının qapısını açıb, geri döndülər. Bu, bizim  şəhərdən ilk qaçışımız idi. İki aydan sonra geri döndük və düz bir il – işğaladək orada qaldıq. İkinci qaçışımız yük maşınında oldu. Bu dəfə topladığımız ehtiyat azuqə ilə, kimlərinsə toyuq-cücəsiylə, tanımadığımız adamlarla...

Zəfər Gününü, bu günü bizə qazandıran şəhidlərimizi və qazilərimizi yeni nəsil, gənclər, övladlarımız təbii ki, unutmayacaqlar. Ancaq bilmirəm, onlar da bu günün əhəmiyyətini, həyəcanını, dadını, qoxusunu bizim kimi xatırlayacaqlar, dərk edəcəklərmi? Bir dəfə 6 yaşlı oğlum mənə belə bir sual vermişdi: “Ata, bax sən “Qarabağ” komandasına azarkeşlik edirsən, çünki qarabağlısan. Bəs mən niyə “Bakı” komandasına azarkeşlik etməyim (o vaxt çempionatda “Bakı” da oynayırdı), axı mən Bakıda doğulmuşam?”. 2023-cü ilin antiterror əməliyyatından sonra isə xaricdən, oxuduğu ali məktəbdən sevincək halda zəng etdi: “Ata, bu gün gürcü uşaqlar yaxınlaşıb məni qələbəmiz münasibətilə təbrik etdilər”.

Ağdam işğaldan azad olunandan təqribən 7-8 ay sonra bir vaxtlar xəstəxananın morquna birlikdə boylanıb cənazələrə baxdığım sinif yoldaşım ağır, xəstə, yerimək taqətində olmayan atasını vətənini görməyə aparmışdı. Deyir, atam avtobusdan yerə enəndə ayaqlarının ağrısını unutdu, biraz gəzib geri qayıtdı və dedi: “Hə, indi ölmək olar!”. Üstündən iki ay keçmişdi ki, dostumun atası rəhmətə getdi...

Görəsən, Zəfər günü olmasaydı, indi nə edirdik? Nə barədə düşünürdük?

Rüstəm Qaraxanlı

Son xəbərlər

İqtisadiyyat
31 oktyabr 2026, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
31 oktyabr 2026, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
31 oktyabr 2026, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
31 oktyabr 2026, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər