top
ADY yay qrafikinə keçir
29 iyun 2026, 17:35
- ↺ +

ADY yay qrafikinə keçir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


"Azərbaycan Dəmir Yolları" QSC (ADY) tətil və məzuniyyətlərin kütləvi xarakter aldığı yay mövsümündə sərnişin tələbatının daha operativ və dayanıqlı şəkildə qarşılanması üçün rayonlararası marşrutlar üzrə əlavə tədbirlər həyata keçirir.

İnsanoid.com ADY-yə istinadən xəbər verir ki, Bakı–Qəbələ–Bakı istiqamətində iyunun 6-dan etibarən reyslərin sayı 2-dən 4-ə artırılaraq həm şənbə, həm də bazar günü hər iki istiqamətdə müntəzəm səfərlər həyata keçirilir. Bundan əlavə, iyulun 4-dən etibarən Bakı–Qəbələ–Bakı marşrutu üzrə hərəkət edən qatarlara Ucar stansiyasında da dayanacaq veriləcək. Yeni dayanacaq bölgə sakinlərinin və sərnişinlərin dəmir yolu xidmətlərindən daha rahat istifadə etməsinə imkan yaradacaq.

31 avqust tarixinə qədər Bakı–Ağstafa–Bakı marşrutu üzrə qatar reysləri hər şənbə və bazar günləri təşkil olunacaq. Məqsəd yay mövsümündə qərb istiqamətində artan sərnişin tələbatının qarşılanmasıdır.

Yay mövsümündə tətbiq ediləcək yeniliklərdən biri də Bakı–Balakən–Bakı marşrutu üzrə hərəkət qrafikinin dəyişdirilməsidir. Belə ki, 1 iyul tarixindən etibarən qatar Bakıdan saat 23:30-da (əvvəlki 23:50 əvəzinə), Balakəndən isə saat 21:10-da (əvvəlki 22:00 əvəzinə) yola düşəcək.
Xatırladaq ki, 6 iyun tarixindən başlayaraq rayonlararası istiqamətlər üzrə qatar səfərləri Dərnəgül stansiyasından da təşkil olunur. Bu, sərnişinlər üçün daha rahat və əlçatan nəqliyyat imkanları yaradır.

Bundan başqa, 1 iyul tarixindən etibarən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkəti yay qrafikinə əsasən təşkil ediləcək. Yay mövsümündə sərnişin axınının azalması nəzərə alınaraq həftənin iş günlərində reyslərin sayı optimallaşdırılacaq və bu marşrut üzrə həftəiçi gündəlik 84 reys həyata keçiriləcək. Şənbə və bazar günləri isə reyslər hazırkı qrafiklə icra olunacaq.
Yay mövsümünə keçidlə əlaqədar sərnişinlərə səfərlərini öncədən planlaşdırmağı və biletləri vaxtında əldə etməyi tövsiyə edirik.
Yeni hərəkət cədvəlləri ilə buradan tanış ola bilərsiniz: https://ticket.ady.az/az/yeni-hereket-cedveli
İyulun 1-dən etibarən isə yeni hərəkət cədvəlləri www.ady.az saytında və "ADY Mobile" tətbiqində aktiv olacaq.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 12:03

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir

Bütün Xəbərlər
Bu gün, 11:43

Marneulidə azyaşlı nəvəsini nikaha məcbur etməkdə şübhəli bilinən qadın saxlanılıb

Bütün Xəbərlər
Bu gün, 10:56

Cəbrayılda minaya düşən Əşrəf Qəhrəmanovun vəziyyəti açıqlanıb

Bütün Xəbərlər
Bu gün, 10:41

Prezident: "Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"

Bütün Xəbərlər
Bu gün, 10:20

Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

Bütün Xəbərlər
Bu gün, 09:38

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir

Bütün Xəbərlər
Bu gün, 09:21

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün "Avaza" Kompleksinə gedib

Bütün Xəbərlər
Bu gün, 09:16

Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq

Bütün Xəbərlər
Bu gün, 09:04

Prezident İlham Əliyev: "Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik"

Bütün Xəbərlər
Bu gün, 00:01

Bu gün Hadrut qəsəbəsinin azad olunmasından 6 il keçir

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Bütün Xəbərlər
Dünən, 17:08

Pensiya hesablanmasında yenilik

Bütün Xəbərlər
Dünən, 16:53

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Bütün Xəbərlər
Dünən, 16:09

Maykl Ceksonun əfsanəvi geyimləri hərraca çıxarılır

Bütün Xəbərlər
Dünən, 16:04

Azərbaycanda bəzi kolleclər ləğv olunacaq

Bütün Xəbərlər
Dünən, 15:43

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Bütün Xəbərlər
Dünən, 15:29

Dövlət Statistika Komitəsinin sədr müavini dəyişib

Bütün Xəbərlər
Dünən, 15:02

"Qarabağ"ın futbolçusu "Olimpiakos"un düşərgəsində

Bütün Xəbərlər
Dünən, 15:00

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub

Bütün Xəbərlər
Dünən, 13:51

Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək

Bütün Xəbərlər
Dünən, 11:55

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Bütün Xəbərlər
Dünən, 11:16

Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Bütün Xəbərlər
Dünən, 11:08

Prezident İlham Əliyev: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

Bütün Xəbərlər
Dünən, 10:21

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir

Oxşar xəbərlər