Bu gün, martın 25-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və Rusiya müdafiə naziri general Sergey Şoyqu arasında telefon danışığı olub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlər Qarabağ zonasındakı vəziyyətin sabitləşdirilməsi və təhlükəsizliyin qorunması yollarını müzakirə ediblər.
Bundan əlavə, tərəflər sülhməramlı əməliyyatının gedişatı və onun həyata keçirildiyi ərazidəki humanitar vəziyyət barədə fikir mübadiləsi aparıblar.