Şəhid bacısı direktor təyin edilib. Bu barədə İnsanoid Şəki-Zaqatala Regional Təhsil İdarəsinə istinadən bu gün, 29 noyabr tarixində məlumat verir.
Emin Əmrullayevin əmri ilə Zaqatala şəhər 1 saylı orta məktəbinə şəhid Zəfər Murtuzəliyevin bacısı, tanınmış təhsil işçisi Mehparə Murtuzəliyeva direktor təyin olunub.
1 saylı orta məktəb Şəhid Zəfər Murtuzəliyevin adını daşıyır.